image_not_found

Zemed MMC

2016-ci ildə Azərbaycanda qurulan Zemed MMC tibbi avadanlıqların satışı və texniki xidmətlərin göstərilməsi ilə tibb dünyasına daxil olmuşdur. Təcrübəyə əsaslanan, keyfiyyətli xidməti ilə fərqlənən şirkətimiz bütün növ tibbi avadanlıqların satışı və satış sonrası mütəmadi texniki servisini uğurla yerinə yetirməkdədir. ZEMED MMC-in əsas prinsipi dəyərli müştərilərimizin və partnyorlarımızın istək və tələblərini tam şəkildə qarşılamaq, onlar üçün yüksək keyfiyyətli avadanlıqları layihələndirmək və ərsəyə gətirərək məmnuniyyətlərini qazanmaqdır. Müştərilərimizə verdiyimiz yüksək dəyərlə sağlam və nizamlı iş, rəqabətə davamlı qiymətlər, ölkədaxili və beynəlxalq tələbləri qarşılamaq əsas missiyamız olaraq davamlı şəkildə inkişaf etdirilir. ZEMED MMC dövlət və xüsusi tibbi müəssisələr başda olmaqla bütün özəl sağlamlıq mərkəzlərinə, diler ve müayinə mərkəzlərinə beynəlxalq standartlara əsaslanan tibbi cihazlar və vəsaitlər təmin edir.Bir çox tibbi sahədə təcrubəyə malik firmalarla partniyorluq edir : Richard Volf Gmbh, Karl Storz Gmbh,Olympus,GE,Philips Ultrasound Systems,Infinium Medical,Beckman Coulter,Interlabservice Russia,Litex Russia,Sintol Russia,Axygen,Sero Autoimmun,Eurodiagnostics,Biorad və.s Tibb texnologiyasındakı sürətli inkişafı vaxtında, tam ve dəqiq izləyən ZEMED şirkəti olaraq əsas məqsədimiz informasiya təchizatında sağlam ve etibarli bir texnoloji infrastruktur quraraq davamlı yeniliklərin tətbiq olunduğu möhkəm bir sistem yaratmaq və qanunlara əsaslanan bütün şərtləri əsaslı şəkildə və davamlı olaraq yerinə yetirməkdir.

Əlaqə saxla

Biz müştərilərimizə fərdiləşdirilmiş və innovativ səhiyyə texnologiyaları təklif edirik.